Logo
    main-post-cover

    İnsayderlər Samsung Galaxy S24 Ultra-nın bəzi texniki göstəricilərini açıqlayıblar

    Cihazlar+
    16.08.2023
        Samsung gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Galaxy S24, S24+ S24 Ultra modelləri daxil olmalıdırlar. İndi isə insayderlər Galaxy S24 Ultra barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən sözügedən smartfon satışa çıxacağı regiondan asılı olaraq ya Snapdragon 8 Gen 3 ya da Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, Galaxy S24 Ultra modeli 200 MP + 12 MP + 50 MP + 10 MP dördlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olacaq. Məlumata əsasən smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...