
İnsayderlər Samsung Galaxy Z Fold 5-in texniki göstəriciləri barəsində yeni məlumatlar veriblər
Gələn ayın sonunda Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-in təqdimatları gözlənilir. İndi isə insayderlər Galaxy Z Fold 5-in texniki göstəriciləri barəsində ətraflı məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən smartfon əvvəlki Galaxy Z Fold modelləri kimi iki ədəd ekran ilə təchiz olunacaq. Onlardan biri 120 Hz-lik təsvir yenilənməsinə sahib QXGA+ keyfiyyətli 7.6 düym daxili ekran, digəri isə HD+ keyfiyyətli 6.2 düym xarici ekran olacaq.
Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı və 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlərin sözlərinə əsasən Galaxy Z Fold 5 50 MP + 12 MP+ 12 MP üçlü arxa kameraya və iki ədəd ön kameraya sahib olacaq. Ön kameralardan biri daxili ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. Bateraya həcminə gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər