main-post-cover

    İnsayderlər Xiaomi 12 Lite smartfonu barəsində məlumatlar veriblər

    Cihazlar+
    21.03.2022
    Farid Pardashunas
        Xiaomi keçən ilin sonunda Xiaomi 12 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Xiaomi 12 ilə yanaşı Xiaomi 12 Pro Xiaomi 12X modelləri daxildir. Bir neçə müddət bundan öncə şirkət sözügedən smartfonların qlobal versiyalarını da təqdim etdi. İndi isə insayderlər xəbər veriblər ki, Xiaomi artıq Xiaomi 12 Lite smartfon modelinin təqdimatına hazırlaşır. Sözügedən smartfon Xiaomi 12 seriyasının sadələşdirilmiş versiyası olmalıdır. Məlumatda qeyd edilib ki, Xiaomi 12 Lite modeli həmçinin qlobal bazarda da satışa çıxacaq.
        Məlumata əsasən smartfon 120 Hz–lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Xiaomi 12 modeli 120 Hz-lik təsvir yenilənməsinə shaib Full HD+ keyfiyyətli 6.28 düym ekran ilə təchiz olunur. Bundan əlavə olaraq Xiaomi 12 Lite modeli 8 nüvəli Snapdragon  778G+ prosessoru və Snapdragon X53 5G modemi ilə təchiz olunmalıdır. Smartfonun 64 MP-lik əsas kameraya sahib olacağı gözlənilir. Xiaomi 12 Lite modelinin nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər