Logo
    main-post-cover

    İnsayderlərdən biri ləğv edilmiş Apple AirPower naqilsiz şarj stansiyasının prototipini əldə edib

    Cihazlar+
    20.12.2023
    Emil
           KosutamiSan ləqəbli insayder Apple şirkətinin illər əvvəl anons etmiş olduğu və nəticədə ləğv etdiyi Apple AirPower adlı naqilsiz şarj stansiyasının prototipini əldə edib. İnsayder onu test etmək qərarına gəlib. Məlum olub ki, sözügedən şarj stansiyasının texniki problemləri barəsində ortaya çıxmış məlumatlar həqiqətdirlər. Belə ki, aksesuar öz üzərində yerləşən cihazları sözün əsl mənasında yandıra bilir. İnsayderin əldə etmiş olduğu Apple AirPower prototipində proqram təminatının tarixi kimi 17 mart 2017-ci qeyd edilib.
            Apple bu naqilsiz şarj stansiyasını həmin ilin sentyabr ayında anons etmişdi. Çox güman ki, insayder Apple AirPower-in erkən prototipini əldə edib. Aksesuarın erkən prototip olduğuna həmçinin onun sahib olduğu induksiya çarxlarının sayı da işarə edir. Belə ki, prototipdə induksiya çarxlarının sayı 15-dir. Lakin Apple şirkəti AirPower-in daha sonrakı versiyalarında induksiya çarxlarının sayını 22-yə yüksəltmişdi. Məlumata əsasən bunun əsas səbəbi naqilsiz şarj stansiyasında qızma probleminin aradan qaldırılması cəhdi idi.
         Lakin induksiya çarxlarının say artımı mövcud problemi daha da qəlizləşdirdi. Nəticədə şirkət AirPower-i ləğv etmək məcburiyyətində qaldı. İnsayderin sözlərinə əsasən onun əldə etmiş olduğu prototip tamamilə işləkdir. Lakin bu mövzuda bir sıra nüanslar var. Belə ki, AirPods-un şarj keysini induksiya çarxlarının yerləşdikləri sahənin üzərinə qoyan zaman şarj keysi qızmır. Lakin şarj keysini həmin sahədən bir qədər kənarda yerləşdirən zaman o elə temperatura kimi qızır ki, onun gövdəsində yanma izləri ortaya çıxır.
    Paylaş