Logo
    main-post-cover

    İnsayderlər Samsung Galaxy Z Fold 6-nın bəzi texniki göstəricilərini açıqlayıblar

    Cihazlar+
    27.02.2024
    Emil
         İnsayderlər bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonunun texniki imkanları barəsində növbəti məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Galaxy Z Fold 6 smartfonu olduqca yüngül və nazik gövdəyə sahib olacaq və gövdə ətrafı çərçivə titan materialdan hazırlanacaq. Bununla yanaşı smartfon yüksək dözümlülüyə sahib yeni nəsil şarnir konstruksiyasını əldə edəcək.
         Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışacaq və onun ən premium versiyası özündə 16 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirəcək. Batareya həcminə gəldikdə isə məlumatda smartfonun 4600 mAh enerji tutumlu batareyaya sahib olacağı qeyd edilib. İnsayderlər həmçinin qeyd ediblər ki, Galaxy Z Fold 6 50 MP + 12 MP + 10 MP üçlü arxa kameranı əldə edəcək və onun həm daxili həm də xarici ekranı Gorilla Glass Armor qoruyucu şüşəsi ilə əhatə olunacaq. Galaxy Z Fold 6-nın 7 il ərzində Android dəstəyini əldə edəcəyi gözlənilir.
    Paylaş