Insta360 DJI Osmo Pocket-ə rəqib kamera təqdim edəcək
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Insta360 bu il bazara DJI Osmo Pocket 3 modelinə birbaşa rəqib olacaq yeni kamera təqdim etməyə hazırlaşır. Şirkətin illik toplantısı zamanı CEO Liu Jingkang “Luna” adlı stabilizasiyalı və ikili obyektivə sahib kamera üzərində çalışdıqlarını açıqlayıb.
Məlumata görə, “Luna” modeli 2026-cı ilin ilk yarısında rəsmi olaraq debüt edəcək. Hazırda texniki xüsusiyyətlər, sensor ölçüsü, video imkanları və qiymət barədə detallı məlumat paylaşılmayıb. Bu açıqlama fonunda diqqət çəkən məqam isə DJI tərəfinin də yaxın zamanda DJI Osmo Pocket 4 modelini təqdim edə biləcəyi ilə bağlı yayılan şayiələrdir. Əgər bu ssenari reallaşarsa, 2026-cı ilin ilk yarısı kompakt və vlog üçün nəzərdə tutulan stabilizasiyalı kameralar seqmentində ciddi rəqabətə səhnə ola bilər.
Insta360 artıq 360 dərəcəlik kameralar və aksiyon kameraları ilə bazarda güclü mövqe qazanıb. “Luna” modeli ilə şirkət daha çox kontent yaradıcılarını, xüsusilə də vloger və mobil çəkiliş həvəskarlarını hədəfləyə bilər.
Paylaş
Bənzər xəbərlər