iOS 27 Beta 5 yayımlandı
Apple iPhone üçün iOS 27 Beta 5 versiyasını yayımlayıb. Yeni beta bir sıra dizayn və funksional dəyişikliklər gətirsə də, ən çox diqqətçəkən detal sistem fayllarında hələ təqdim edilməmiş 6 yeni iPhone modelinə istinadların aşkarlanmasıdır. Yeni versiyada bir neçə əsas Apple tətbiqinin ikonları yenilənib. Safari, Siri, Preview, App Store və Remote tətbiqləri yeni ikonlar əldə edib. Bəzi digər tətbiqlərdə isə Apple-ın Liquid Glass dizaynına uyğun kiçik vizual dəyişikliklər edilib. Siri üçün də yeni fərdiləşdirmə imkanları əlavə olunub. İstifadəçilər artıq Amerika və Britaniya ingiliscəsində mövcud səslərin danışıq tempini və ifadəliliyini tənzimləyə biləcəklər.
Contacts tətbiqində də kiçik, amma faydalı dəyişiklik var. Əgər kontakta hər hansı şirkət əlavə edilibsə, həmin şirkətin adı artıq şəxsin adının altında və axtarış nəticələrində görünəcək. Apple həmçinin iPhone-un Search funksiyası üzərində istifadəçilərə daha çox nəzarət verir. Tətbiqlərin axtarış nəticələrində göstərilib-göstərilməyəcəyini seçmək, nəticələrdə 4 və ya 8 tətbiq göstərmək mümkün olacaq. Axtarış nəticələrinin aşağı hissəsinə isə “Search the Web” seçimi əlavə edilib. Bundan başqa, Software Update bölməsi son yeniləmənin nə vaxt quraşdırıldığını göstərəcək. Clock tətbiqində Alarm və Timer bölmələrinin şriftləri qalınlaşdırılıb. iPhone Wi-Fi şəbəkəsinə qoşulduqda isə Control Center-də mobil şəbəkə məlumatları artıq göstərilməyəcək.
Paylaş
