Logo
    main-post-cover

    iOS 27 beta versiyası “iPhone Fold”un gələcəyini təsdiqləyir

    Cihazlar+
    09.06.2026
    Sevinj
        Apple-ın qatlana bilən iPhone modeli ilə bağlı iddialar uzun müddətdir texnologiya dünyasının gündəmindədir. İndi isə şirkətin yeni əməliyyat sistemi olan iOS 27-nin ilk beta versiyasında aşkarlanan detallər bu cihazın reallığa çevriləcəyinə dair ən güclü sübutlardan biri hesab olunur. Tərtibatçı Sam Henri Gold tərəfindən iOS 27-nin proqram çərçivələrində aşkar edilən yeni terminlər arasında "foldState", "angleDegrees" və cihazdakı daxili ekranların ümumi sayı ilə bağlı istinadlar yer alır. Bu terminlər əməliyyat sisteminin yalnız bir ekranlı klassik smartfonlar üçün deyil, qatlana bilən qurğular üçün də optimallaşdırıldığını göstərir.
        Texnologiya saytı 9to5Mac da həmin kod istinadlarının iOS 27-də mövcud olduğunu və əvvəlki iOS 26 versiyasında yer almadığını təsdiqləyib. Bununla yanaşı, Apple WWDC 2026 tədbiri çərçivəsində keçirilən “State of the Union” təqdimatında iPhone tətbiqlərinin həm macOS-un ekran əks etdirmə funksiyasında, həm də iPad-də dinamik ölçü dəyişdirməsini dəstəkləyəcəyini açıqlayıb. Bu yenilik ilk baxışda iPad və Mac istifadəçiləri üçün nəzərdə tutulmuş kimi görünsə də, ekspertlər bunun yeni ekran formalarına malik iPhone modellərinə hazırlıq ola biləcəyini düşünürlər.
        Məlumata görə, Apple artıq qatlana bilən smartfon bazarına daxil olmaq üçün son hazırlıq mərhələsindədir. Şirkətin yeni "iPhone Fold" modelini 2026-cı ilin payızında təqdim edə biləcəyi ilə bağlı iddialar da getdikcə güclənir.
    Paylaş