
iPad Air 2 ildən sonra OLED ekrana keçid edə bilər
Cihazlar+
09.08.2024
Emil
Apple may ayında yeni iPad Air 2024 planşetini təqdim etdi. Yeni iPad Air iki versiyaya sahibdir. Birinci versiya 11 düym ölçülü ekranı, ikinci versiya isə 13 düym ölçülü ekranı əldə etdi. Hər iki versiya da M2 prosessoru vasitəsilə çalışır. Yeni iPad Air-in M2 prosessoruna keçid etməsinə baxmayaraq onda hələ də Liquid Retina IPS ekrandan istifadə edilir. Lakin istifadəçilər iPad Air-in OLED ekrana keçidini gözləyirlər.
Ortaya çıxmış yeni məlumatda isə bunun nə zaman baş verəcəyi əks olunub. The Elec saytının vermiş olduğu məlumata əsasən iPad Air planşeti OLED ekrana 2026-cı ildə keçid edəcək. Məlumatda qeyd edilib ki, 2026-cı ildəki iPad Air üçün OLED ekranların əsas istehsalçısı qismində Samsung Display çıxış edəcək. Söhbət, iPad Pro 2024-də istifadə edilən iki laylı Tandem OLED ekranlardan deyil, bir laylı OLED ekranlardan gedir. Bununla yanaşı məlumata əsasən Apple 2026-cı ildə 8.7 düym ölçülü OLED ekrana sahib iPad mini modelini də təqdim edə bilər.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
