
iPad mini 7-nin bəzi mümkün özəllikləri açıqlanıb
Cihazlar+
17.07.2024
Emil
iPad mini 6 planşeti 2021-ci ilin sentyabr ayında təqdim edilmişdi və həmin vaxtdan indiyənə kimi Apple özünün iPad mini planşet modelini yeniləməyib. Bunun məhz bu il baş tutacağı gözlənilir. 9to5mac saytı öz növbəsində iPad mini 7-nin güman olunan özəllikləri barəsində məlumatlar verib. Verilmiş məlumatlara əsasən iPad mini 7 planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib yeni növ maye kristallik ekranı əldə edəcək.
Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, sözügedən planşet Apple A16 Bionic prosessoru vasitəsilə çalışacaq. Lakin yeni məlumata əsasən iPad mini 7 planşeti Apple A17 Bionic prosessorunu əldə edəcək. Bundan əlavə olaraq planşetin Wi-Fi 6E və Bluetooth 5.3 dəstəyinə sahib olacağı gözlənilir. Bəzi mənbələrin sözlərinə əsasən Apple gələcəkdə OLED ekrana sahib iPad mini planşetini təqdim edəcək. Lakin bunun 2026-cı ildən tez baş verəcəyi gözlənilmir. iPad mini 7-yə gəldikdə isə o, payız fəslində təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
