iPad Pro və iPad Air Magic Keyboard-ları yeniləndi
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple iPad üçün nəzərdə tutulmuş Magic Keyboard aksesuarları üçün yeni firmware yeniləmələri yayımlayıb. Çox istifadəçi bilməsə də, bu klaviaturalar daxili proqram təminatı ilə işləyir və vaxtaşırı yenilənir.
Çərşənbə axşamı yayımlanan yeniləmələr 11 və 13 düymlük iPad Pro modelləri, eləcə də iPad Air üçün nəzərdə tutulmuş daha yeni Magic Keyboard versiyalarını əhatə edir. Bu cür aksesuar yeniləmələri nadir hallarda təqdim olunsa da, Apple bəzən performans və stabillik məqsədilə onları istifadəyə verir. M4 və M5 prosessorlu iPad Pro modelləri ilə uyğun Magic Keyboard üçün firmware versiyası 1872.544.772-yə yüksəldilib. Əvvəlki versiya isə 0680.0220.0301 idi. M3 prosessorlu iPad Air üçün Magic Keyboard isə 1024.320.771 versiyasına yenilənib (əvvəlki versiya: 0350.0135.0303).
Apple M3 iPad Air üçün yenilənmiş Magic Keyboard-u 2025-ci ilin oktyabrında təqdim etmişdi və bu model qara rəngdə də mövcuddur. M4 iPad Pro isə 2024-cü ilin may təqdimatında tamamilə yenilənmiş Magic Keyboard əldə etmişdi və bu aksesuar artıq ən son M5 versiyası ilə də uyğun işləyir. Yeni firmware yeniləmələri köhnə Magic Keyboard modellərinə, o cümlədən M2 iPad Pro üçün istehsal olunan versiyalara şamil edilmir. Həmçinin Mac üçün nəzərdə tutulmuş Magic Keyboard modelləri üçün hər hansı yeniləmə təqdim olunmayıb.
Paylaş