iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

Mobil Cihazlar
20.10.2020 PAYLAŞIM

    Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriyası oldu. Apple şirkətinin verdiyi məlumata əsasən ideal şərtlər çərçivəsində iPhone 12 modellərində 5G şəbəkə vasitəsilə məlumat ötürülməsi saniyədə 4 Gbit-ə çata bilir. Lakin 5G dəstəyi yalnız bir sıra şərtlər çərçivəsində istifadəçilər üçün aktiv olacaq. Bu barədə Macrumors saytı xəbər verib. Satıcılar və mobil operatorlar üçün Apple şirkəti tez-tez verilən suallara cavab siyahısını təqdim edib.


    Siyahıda həmçinin iPhone 12-də Dual SIM rejiminin istifadəsi barədə də məlumat verilib. Qeyd etmək lazımdır ki, iPhone modellərində Dual SIM özəlliyinin istifadəsi fiziki və virtual eSIM kartlarının istifadəsi deməkdir. Mobil operatorları maraqlandıran məsələ isə ondan ibarətdir ki, Dual SIM özəlliyindən istifadə məlumatların ötürülməsi sürətinə necə təsir göstərir. Apple şirkəti isə öz növbəsində təsdiqləyib ki, Dual SIM rejimini aktivləşdirəcək istifadəçilər 5G şəbəkəsindən imtina etməli olacaqlar.

    Belə ki, Dual SIM rejimində smartfon 4G/LTE şəbəkəsinə keçid edərək hər iki SIM kart üçün sürəti aşağı salacaq. Başqa sözlə desək, 5G şəbəkəsindən istifadə yalnız eSIM-də və ya mobil operatorun təqdim etdiyi 5G əhatəsində mümkün olacaq. Heç istisna deyil ki, Apple şirkəti bu problemi aradan qaldırmaq üçün iOS-ə potensial yenilənmə çıxartsın. Bu halda istifadəçilər hər iki mobil operatorun xidmətindən istifadə edə biləcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 9 5G, Note 9 Pro 5G və Note 9 4G smartfonları təqdim olunub - QİYMƏTİ..

Dünən Xiaomi-nin Redmi brendi Redmi Note 9 5G, Redmi Note 9 Pro 5G və Redmi Note 9 4G smartfon model..


Samsung Galaxy S21-də Bixby vasitəsilə yeni biometrik autentifikasiya sistemi re..

Ənənəvi PIN koda alternativ olaraq smartfon istehsalçıları öz cihazlarında barmaq izi və üz skanı ki..


iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?..

Yaponiyanın Nikkei News saytının verdiyi məlumata əsasən Formalhaut Techno Solutions adlı şirkət yen..


Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edi..

Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirdib.


Huawei şirkətinin gələn ilki P50 flaqman smartfon seriyası Kirin prosessorunu əl..

Huawei şirkətinin P50 flaqman smartfon seriyasının təqdimatına hələ çox zaman var. Lakin internetdə ..


İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tama..

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən..

×