Logo
    main-post-cover

    iPhone 12-dəki elektromaqnit şüalanması problemi yaxın zamanda həll olunacaq

    Cihazlar+
    02.10.2023
    Emil
        Bir neçə həftə bundan öncə Fransada iPhone 12 modelinin satışlarına qadağa qoyuldu və Apple-dan onun ölkə ərazisində indiyənə kimi satmış olduğu iPhone 12 modellərinin geri çağırılması tələb olundu. Səbəb isə iPhone 12-nin elektromaqnit şüalanması göstəricisinin (SAR) normadan yüksək olmasında idi. Lakin görünür, bu problem artıq həll olunub. Bu problemin ortaya çıxması zamanı Fransa rəsmiləri qeyd etmişdilər ki, sözügedən problem proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldırıla bilər. Maraqlısı ondadır ki, iPhone 12-nin ilk dəfə Fransada satışa çıxması zamanı bu cür problem müşahidə edilməyib.
        Görünür, Apple tərəfindən sonradan istifadəyə verilmiş proqram təminatı yenilənmələri bu problemin yaranmasına gətirib çıxarıb. Apple isə öz növbəsində problemin mövcudluğunu qəbul edib və bildirib ki, o bu problemi proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldıra bilər. Məlum olub ki, şirkət nəzərdə tutulmuş proqram təminatı yenilənməsini Fransanın müvafiq orqanlarına yoxlanış üçün artıq göndərib və həmin yenilənmə təsdiqlənib. Yaxın zamanda şirkət iPhone 12 modeli üçün nəzərdə tutulmuş bu proqram təminatı yenilənməsini istifadəyə verməklə onun Fransa ərazisində satışlarını bərpa edə bilər.
    Paylaş
    Bənzər xəbərlər