main-post-cover

    iPhone 12 ilə iPhone 12 Pro-nun performans və enerji sərfiyyatı testləri keçirilib

    Cihazlar+
    21.10.2020
    Farid Pardashunas
        iPhone 12 ilə iPhone 12 Pro-nu əldə etmiş ilk bloqqerlər və jurnalistlər həmin smartfonların performansları ilə avtonom rejimdə çalışmalarını test ediblər. Bu barədə The Verge saytı xəbər verib. Techcrunch əməkdaşları smartfonları Geekbench bençmark saytında testdən keçirdiblər. Nəticədə smartfonlar Geekbench-in birnüvəli testində 6650 xal, çoxnüvəli testində isə təqribən 17000 xal toplayıblar. Maraqlısı ondadır ki, 4 GB RAM-a sahib adi iPhone 12 modeli 6 GB RAM-a sahib iPhone 12 Pro-dan bir qədər daha yaxşı performans nəticələri sərgiləyib.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 Pro modeli Geekbench-in birnüvəli testində 5477 xal, çoxnüvəli testində isə 13743 xal toplayır. Smartfonların performans göstəricilərinə jurnalistlərdə heç bir sual yaranmayıb. Onların bir dəfə şarj olunandan sonra çalışma müddətlərinə gəldikdə isə hər iki smartfondan gün ərzində 15 saat intensiv istifadə etmək olar. The Verge saytının əməkdaşı da iPhone 12 barəsində fikirlərini bölüşüb. Dəqiq rəqəmlər qeyd olunmasa da o qey edib ki, iPhone 11 ilə müqayisədə iPhone 12 modeli bir qədər daha az çalışır. Onu da qeyd etmək lazımdır ki, smartfonların enerji sərfiyyatları testi 5G şəbəkəsinin aktiv çalışması rejimində keçirilib. 5G şəbəkəsi isə enerjiyə tələbkar olan bir texnologiyadır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər