main-post-cover

    iPhone 12 Mini smartfonu daha sadələşdirilmiş prosessor ilə təchiz oluna bilər

    Cihazlar+
    24.09.2020
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Apple şirkəti gələn ay 4 ədəd yeni iPhone 12 modeli təqdim edəcək. Bir sıra insayderlər qeyd edirlər ki, onların arasında iPhone 12 Mini də olacaq. Yeni məlumat sızıntısına əsasən isə iPhone 12 Mini modeli B14 adlı daha sadələşdirilmiş prosessora sahib olacaq. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti A14 Bionic prosessorunun bir qədər sadələşdirilmiş versiyasını hazırlayıb və o, orta büdcəli prosessor qismində çıxış edəcək. iPhone 12 və iPhone 12 Mini modelləri məhz bu prosessor ilə təchiz oluna bilərlər.
        Bununla yanaşı B14 prosessoru A14 Bionic və A13 Bionic modellərindən fərqlənməlidir. Çox güman ki, B14 modeli 5G dəstəyini əldə etməyəcək. Bu isə öz növbəsində iPhone 12 Mini smartfon modelinin daha aşağı qiymətə satılacağına imkan verəcək. Bununla yanaşı belə bir ehtimal var ki, iPhone 11-in davamçısı 6.1 düym ekrana sahib adi iPhone 12 modeli olacaq, iPhone 12 Mini isə iPhone SE 2020 modeli ilə eyni səviyyədə olacaq. İnsayderlərin fikirlərinə əsasən iPhone 12 Mini modelinin qiyməti 650$-dan çox olmamalıdır.
    Linki kopyala