iPhone 12 Mini smartfonu daha sadələşdirilmiş prosessor ilə təchiz oluna bilər

iPhone 12 Mini smartfonu daha sadələşdirilmiş prosessor ilə təchiz oluna bilər

Mobil Cihazlar
24.09.2020 PAYLAŞIM

    Artıq məlumdur ki, Apple şirkəti gələn ay 4 ədəd yeni iPhone 12 modeli təqdim edəcək. Bir sıra insayderlər qeyd edirlər ki, onların arasında iPhone 12 Mini də olacaq. Yeni məlumat sızıntısına əsasən isə iPhone 12 Mini modeli B14 adlı daha sadələşdirilmiş prosessora sahib olacaq. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti A14 Bionic prosessorunun bir qədər sadələşdirilmiş versiyasını hazırlayıb və o, orta büdcəli prosessor qismində çıxış edəcək. iPhone 12 və iPhone 12 Mini modelləri məhz bu prosessor ilə təchiz oluna bilərlər.

    Bununla yanaşı B14 prosessoru A14 Bionic və A13 Bionic modellərindən fərqlənməlidir. Çox güman ki, B14 modeli 5G dəstəyini əldə etməyəcək. Bu isə öz növbəsində iPhone 12 Mini smartfon modelinin daha aşağı qiymətə satılacağına imkan verəcək. Bununla yanaşı belə bir ehtimal var ki, iPhone 11-in davamçısı 6.1 düym ekrana sahib adi iPhone 12 modeli olacaq, iPhone 12 Mini isə iPhone SE 2020 modeli ilə eyni səviyyədə olacaq. İnsayderlərin fikirlərinə əsasən iPhone 12 Mini modelinin qiyməti 650$-dan çox olmamalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil brendlərin məşhurluğu: Apple daha bir Çin şirkətindən geridə qalıb..

Beynəlxalq konsaltinq şirkəti olan IDC bu ilin üçüncü rübü üzrə olmuş smartfon brendlərinin məşhurlu..


iPhone 12-nin istehsalı Çindəki havanın kəskin çirklənməsinə səbəb olub..

iPhone 12-nin təqdimatı zamanı Apple şirkəti elan etmişdi ki, bundan sonra onun smartfonlarının qutu..


Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ..

Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman sm..


Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ..

OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli s..


iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shiel..


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..

×