iPhone 12 modelləri hal hazırda məşhur olan ekran trendini əldə etməyə bilərlər
Cihazlar+
31.07.2020
Farid Pardashunas
Hələ təqdim olunmamış iPhone 12 smartfon seriyası barəsində yeni məlumatlar ortaya çıxmağa davam edir. Artıq bir neçə müddətdir ki, internetdə yayılmış məlumatlara əsasən bu il təqdim olunacaq iPhone 12 modellərinin qutularında şarj cihazı olmayacaq. Bu halda istifadəçilər yalnız şarj naqili əldə edəcəklər. İnsayderlərin verdikləri yeni məlumata əsasən iPhone 12 modelləri həmçinin proqram təminatı səviyyəsində də vacib bir özəlliyi əldə etməyə bilərlər. Bu barədə Gizchina saytı xəbər verib.
Verilmiş məlumata əsasən iPhone 12 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləməyəcəklər. İnsayderlər həmçinin əmindirlər ki, bu özəllik hətta gələn ilki iPhone modellərində də reallaşdırılmayacaq. Hal hazırda trenddə olan bu cür ekranlardan Apple şirkətinin istifadə etməməsinin əsas səbəblərindən biri kimi onların istehsalının baha başa gəlməsi ola bilər. Belə ki, yeni ekran matrisasına keçməklə şirkət öz smartfonlarının qiymətlərini də yüksəltməli olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)