main-post-cover

    iPhone 12 modelləri hansı həcmli batareyalara sahib olacaqlar?

    Cihazlar+
    13.07.2020
    Farid Pardashunas
        Bu il təqdim olunacaq yeni iPhone modellərinin vacib özəllikləri barəsində məlumat sızıntılarına batareya həcmləri daxil olub. Bu barədə Gizmochina saytı xəbər verib. Bir neçə gün bundan öncə Koreyada yerləşən istehsalat texnologiyaları laboratoriyasında iPhone üçün nəzərdə tutulmuş 3 batareya modeli sertifikatlaşdırmadan keçib.
        Həmin laboratoriyada sözügedən batareyalar çalışma və təhlükəsizlik testlərindən keçiblər. Sənədləşdirməyə əsasən A2471, A2431A2466 kod adlarına sahib batareyaların həcmi 2227 mAh, 2775 mAh və 3687 mAh təşkil edir. Güman olunur ki, söhbət, iPhone 12, iPhone 12 ProiPhone 12 Pro Max smartfonlarının batareyalarından gedir.
        Batareyaların istehsalı ilə Çinin Guangdong Desai Group adlı şirkəti məşğul olur. Maraqlısı ondadır ki, həmin batareyaların ikisinin həcmi keçən ilki iPhone modellərində olan batareyaların həcmlərindən daha aşağıdır. Qeyd etmək lazımdır ki, iPhone 11 modeli 3110 mAh, iPhone 11 Pro modeli 3190 mAh, iPhone 11 Pro Max modeli isə 3500 mAh həcmli batareyaya sahibdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər