main-post-cover

    iPhone 12 modelləri üçün olan keyslərin fotoları ortaya çıxıb

    Cihazlar+
    13.06.2020
    Emil Nəcəfov
        Yeni iPhone 12 smartfon seriyası bu lin payız fəslində təqdim olunmalıdır. Lakin seriyaya daxil olacaq smartfonlar üçün nəzərdə tutulmuş keyslərin fotoları artıq indidən ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib. Keyslərin ortaya çıxmış fotolarından iPhone 12 modellərinin hansı dizayna sahib olacaqlarını öyrənmək mümkündür. Beləliklə ortaya çıxmış fotolarda 4 müxtəlif iPhone modeli üçün nəzərdə tutulmuş 3 keys əks olunub.
        Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq dörd iPhone modelindən ikisi eyni ekran ölçüsünə sahib olacaq. Söhbət, 6.1 düym ekrana sahib iki iPhone modelindən gedir. Onlardan yalnız biri ikili arxa kameraya sahib olacaq. Digər iPhone modelləri isə üçlü arxa kamera ilə təchiz olunacaqlar. Dörd iPhone 12 modelindən yerdə qalan ikisi 5.4 düym və 6.7 düym ekranlara sahib olacaqlar.
        Keyslərin fotolarından görmək olar ki, bu ilki bütün iPhone modellərinin arxa panel dizaynları eyni olacaq. Belə ki, keçən ilki modellər kimi iPhone 12 modellərinin də arxa kameraları xüsusi kvadrat sahənin daxilində yerləşdiriləcəklər. Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasının bu il sentyabr ayında təqdim olunacağı dəqiq deyil. Koronavirus pandemiyası səbəbilə şirkət smartfonlsrın təqdimatlarını oktyabr və ya noyabr ayında da keçirdə bilər.
    Linki kopyala