iPhone 12 modellərinin bu il gecikəcəkləri rəsmi təsdiqləndi: Yeni iPhone-lar nə zaman satışa çıxacaqlar?

iPhone 12 modellərinin bu il gecikəcəkləri rəsmi təsdiqləndi: Yeni iPhone-lar nə zaman satışa çıxacaqlar?

Mobil Cihazlar
31.07.2020 PAYLAŞIM

    iPhone 12 seriyasının təqdimatına hələ çox qalmış Apple şirkəti öz investorları üçün üçüncü maliyyə rübü göstəricilərini əks etdirən hesabatı təqdim edib. Şirkətin investorlarla görüşü zamanı ən maraqlısı şirkətin əldə etdiyi gəlirlər olmayıb. Belə ki, şirkətin top meneceri bu ilki iPhone 12 modellərinin satışlarının gecikəcəyini anons edib. Bu barədə Bloomberg saytı xəbər verib. iPhone 12 modellərinin gecikmə ilə satışa çıxacaqlarını Apple şirkətinin baş vitse-prezidenti və maliyyə direktoru Luca Maestri bildirib.

    O bunun səbəbini açıqlamayıb və iPhone 12-nin təqdimat tədbiri barəsində heç bir əlavə məlumat verməyib. “Keçən il biz, yeni iPhone modellərini sentyabr ayının sonunda satışa çıxartmışdıq. Bu il isə gözləntilərimizə əsasən iPhone-lar bir neçə həftəlik gecikmə ilə satışa çıxacaqlar” - deyə Luca Maestri qeyd edib. Mestri-nin bu cür bəyanatlarından sonra jurnalistlər qənaətə gəliblər ki, iPhone 12 seriyasının təqdimatı oktyabr ayının ortasında baş tutacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Pixel 4 və Pixel 4 XL smartfonlarının istehsalatı ilə satışlarını..

Google şirkəti keçən ilin oktyabr ayında təqdim olunmuş Pixel 4 və Pixel 4 XL smartfon modellərinin ..


iPhone 12-nin OLED ekran modulunun real fotosu təqdim olunub

Apple şirkətinin iPhone 12 seriyasının təqdimat tarixi yaxınlaşdıqca onun texniki özəllikləri və diz..


OnePlus şirkətinın təqdim olunmamış yeni büdcəli smartfonu Geekbench testlərində..

OnePlus şirkətinin təqdim olunmamış yeni büdcəli smartfon modeli Geekbench bençmark saytında ortaya ..


SON DƏQİQƏ: Samsung yeni qatlana bilən Galaxy Z Fold 2 smartfonunu təqdim edib..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 seriyasından əlavə olaraq h..


SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 flaqman smartfon seriyasını..


Poco F2 Pro: Bütöv ekran, güc, 5G və 8K | İcmal

Poco F2 Pro video icmal. Xiaominin başqa bir brendi Poco orta büdcə ilə nələr vəd edir? 60 HZ ekran,..

×