iPhone 12 modellərinin bu il gecikəcəkləri rəsmi təsdiqləndi: Yeni iPhone-lar nə zaman satışa çıxacaqlar?
Cihazlar+
31.07.2020
Farid Pardashunas
iPhone 12 seriyasının təqdimatına hələ çox qalmış Apple şirkəti öz investorları üçün üçüncü maliyyə rübü göstəricilərini əks etdirən hesabatı təqdim edib. Şirkətin investorlarla görüşü zamanı ən maraqlısı şirkətin əldə etdiyi gəlirlər olmayıb. Belə ki, şirkətin top meneceri bu ilki iPhone 12 modellərinin satışlarının gecikəcəyini anons edib. Bu barədə Bloomberg saytı xəbər verib. iPhone 12 modellərinin gecikmə ilə satışa çıxacaqlarını Apple şirkətinin baş vitse-prezidenti və maliyyə direktoru Luca Maestri bildirib.
O bunun səbəbini açıqlamayıb və iPhone 12-nin təqdimat tədbiri barəsində heç bir əlavə məlumat verməyib. “Keçən il biz, yeni iPhone modellərini sentyabr ayının sonunda satışa çıxartmışdıq. Bu il isə gözləntilərimizə əsasən iPhone-lar bir neçə həftəlik gecikmə ilə satışa çıxacaqlar” - deyə Luca Maestri qeyd edib. Mestri-nin bu cür bəyanatlarından sonra jurnalistlər qənaətə gəliblər ki, iPhone 12 seriyasının təqdimatı oktyabr ayının ortasında baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)