iPhone 12-nin Fransada satışlarına ciddi problem səbəbilə qadağa qoyulub

iPhone 12-nin Fransada satışlarına ciddi problem səbəbilə qadağa qoyulub

Mobil Cihazlar
14.09.2023 PAYLAŞIM

    Fransa Milli Tezliklər Agentliyi (ANFR) ölkə ərazisində iPhone 12-nin satışlarının müəyyən müddətlik qadağan edildiyini elan edib. Səbəb isə sözügedən smartfonun elektromaqnit şüalanması göstəricisinin normadan artıq olması ilə bağlıdır. Fransanın rəqəmsal keçid və telekommunikasiyalar üzrə nazir nümayəndəsi Jean-Noel Barrot, Le Parisien qəzetinə müsahibəsində bildirib ki, bu barədə bildiriş artıq Apple şirkətinə göndərilib.

    "Milli Tezliklər Agentliyi Apple-dan iPhone 12-nin 12 sentyabr tarixindən Fransa bazarından çıxarılmasını istəyib. Belə ki, sözügedən smartfon modelində SAR göstəricisinin (insan toxumalarında 1 saniyə ərzində udulan elektromaqnit sahəsi enerjisini təyin edən göstərici) normadan artıq olduğu təyin edilib. ANFR şirkətdən yaranmış bu problemi tez bir zamanda bütün mümkün yollarla aradan qaldırılmasını istəyib. Əks halda şirkət satılmış bütün iPhone 12-ləri geri çağırmaq məcburiyyətində qalacaq" - deyə agentlik qeyd edib.


    Məlumatda qeyd edilib ki, iPhone 12-də SAR göstəricisi 1 kq üçün 5.7 vatt təşkil edir. Norma isə 1 kq üçün 4 vatt təşkil edir. Jean-Noel Barrot bildirib ki, Apple şirkətinin bu problemi aradan qaldırması üçün 2 həftə zamanı var. Onun sözlərinə əsasən problemi aradan qaldırmaq elə də çətin deyil. Şirkət sadəcə olaraq sözügedən smartfon üçün proqram təminatı yenilənməsini istifadəyə verməlidir.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×