iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?

iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?

Mobil Cihazlar
25.11.2020 PAYLAŞIM

    Yaponiyanın Nikkei News saytının verdiyi məlumata əsasən Formalhaut Techno Solutions adlı şirkət yeni iPhone 12-nin real qiymətini əldə edib. Bu barədə IThome saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən iPhone 12-nin ən bahalı komponenti OLED ekrandır. Onun qiyməti 70$ təşkil edir. Smartfona quraşdırılmış Apple A14 Bionic prosessorunun qiyməti isə 40$ təşkil edir. SK Hynix şirkətinin RAM yaddaşları üçün Apple 12.8$, Samsung-un daxili yaddaş həcmləri üçün isə 19.2$ ödəyir.

    Kameralara gəldikdə, Apple, Sony şirkətinə 8$ ödəyir. Ümumilikdə iPhone 12-nin real qiyməti 373$ təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ABŞ-da iPhone 12 vergilər nəzərə alınmamaqla 799$-a satılır. Bu rəqəmi əsas götürən zaman güman etmək olar ki, Apple şirkəti hər satılmış iPhone 12-dən 427$ qazanır. Lakin əslində əldə olunan gəlir daha aşağıdır. Onu da yaddan çıxartmaq lazım deyil ki, şirkət cihazın digər komponentlərinin istehsalına, reklama və logistikaya da pul xərcləyir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor CEO-su şirkətin yeni smartfonlarına Google servislərinin gəlib-gəlməyəcəkl..

Artıq Huawei tərkibində fəaliyyət göstərən brend rolundan ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor..


Samsung Galaxy S21 smartfonlarının enerji sərfiyyatları test edilib

İnternetdə Galaxy S21 smartfonlarının ilk test nəticələri ortaya çıxmağa başlayıb. Phonearena saytın..


OnePlus 9 ilə OnePlus 9 Pro-nun bəzi texniki özəllikləri məlum olub

Hələ keçən ilin noyabr ayında OnePlus 9 Pro smartfonunun real fotoları ortaya çıxmışdı. Daha sonra a..


Honor şirkəti V40 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor öz yeni flaqman smartfonunu təqdim edib. Söhbə..


Samsung bu il Galaxy Note 21 əvəzinə digər Galaxy Note modelini təqdim edə bilər..

İnternetdə Samsung şirkətinin Galaxy Note seriyasının aqibəti barəsində daha bir yeni məlumat ortaya..


İnsayder iPhone SE Plus-ın texniki özəllikləri barəsində məlumat verib

Keçən il Apple şirkəti flaqman smartfonlarla birlikdə həmçinin iPhone SE (2020) adlı büdcəli modeli ..

×