Logo
    main-post-cover

    iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?

    Cihazlar+
    25.11.2020
    Emil
        Yaponiyanın Nikkei News saytının verdiyi məlumata əsasən Formalhaut Techno Solutions adlı şirkət yeni iPhone 12-nin real qiymətini əldə edib. Bu barədə IThome saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən iPhone 12-nin ən bahalı komponenti OLED ekrandır. Onun qiyməti 70$ təşkil edir. Smartfona quraşdırılmış Apple A14 Bionic prosessorunun qiyməti isə 40$ təşkil edir. SK Hynix şirkətinin RAM yaddaşları üçün Apple 12.8$, Samsung-un daxili yaddaş həcmləri üçün isə 19.2$ ödəyir.
        Kameralara gəldikdə, Apple, Sony şirkətinə 8$ ödəyir. Ümumilikdə iPhone 12-nin real qiyməti 373$ təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ABŞ-da iPhone 12 vergilər nəzərə alınmamaqla 799$-a satılır. Bu rəqəmi əsas götürən zaman güman etmək olar ki, Apple şirkəti hər satılmış iPhone 12-dən 427$ qazanır. Lakin əslində əldə olunan gəlir daha aşağıdır. Onu da yaddan çıxartmaq lazım deyil ki, şirkət cihazın digər komponentlərinin istehsalına, reklama və logistikaya da pul xərcləyir.
    Paylaş
    Bənzər xəbərlər