main-post-cover

    iPhone 12-nin OLED ekran modulunun real fotosu təqdim olunub

    Cihazlar+
    07.08.2020
    Farid Pardashunas
        Apple şirkətinin iPhone 12 seriyasının təqdimat tarixi yaxınlaşdıqca onun texniki özəllikləri və dizaynı barəsində məlumatlar internetdə daha çox ortaya çıxırlar. İndi isə insayderlər bu seriyanın sahib olacağı komponentlərin fotolarını təqdim etməyə başlayıblar. Belə ki, bir neçə müddət bundan öncə Twitter-də adi iPhone 12 modelinin ekran modulunun fotosu təqdim olunub.
        Həmin foto adi iPhone 12-nin sahib olacağı dizayn özəlliyi barəsində məlumat verib. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən fotonu Apple məhsulları üzrə mütəxəssis laobaiTD ləqəbli insayder öz Twitter hesabında təqdim edib. Məlumat sızıntısına əsasən 5.4 düym ekrana sahib olacaq adi iPhone 12 modeli son illər ərzində satışa çıxmış digər iPhone-lar kimi ekran üzərində ənənəvi çıxıntı hissə ilə təchiz olunacaq.
        Həmin çıxıntı hissədə smartfonun ön kamerası və Face ID sistemi yerləşdiriləcək. Smartfonun digər texniki özəllikləri barəsində məlumat verilməyb. Bir sıra məlumatlara əsasən adi iPhone 12 modeli Apple A14 Bionic prosessoru və 2227 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bir neçə müddət bundan öncə Apple şirkəti rəsmi olaraq təsdiqlədi ki, bu ilki iPhone 12 modelləri bir necə həftəlik gecikmə ilə satışa çıxacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər