main-post-cover

    iPhone 12-nin qutusunda naqilli qulaqlıqdan başqa bu aksessuar da olmaya bilər

    Cihazlar+
    26.06.2020
    Emil Nəcəfov
        iPhone smartfonunun mövcud olduğu bütün illər ərzində o, zəngin satış komplekti ilə seçilməyib. Belə ki, alıcılar yeni iPhone ilə birlikdə sadəcə 5 vatt gücündə olan şarj cihazı və naqilli qulaqlıq əldə ediblər. Lakin insayderlərin verdikləri məlumata əasən Apple şirkəti bu ilki iPhone modellərinin satış qutularında dəyişiklik edəcək və bu dəyişiklik alıcıları heç də sevindirməyəcək. Bu barədə Ubergizmo saytı xəbər verib.
        Beləliklə verilmiş məlumata əsasən Apple şirkəti bu il iPhone 12-nin satış qutusunda naqilli EarPods qulaqlığını təqdim etməyəcək. Bu cür qərar öz növbəsində alıcıları naqilsiz AirPods AirPods Pro qulaqlıq modellərini almağa sövq etməlidir. Lakin görünür, bu, iPhone 12 satış qutusunda olacaq yeganə dəyişiklik deyil. Belə ki, Barclays şirkətinin analitikləri qeyd ediblər ki, şirkət həmçinin qutuda olan şarj cihazından da imtina etməyi planlaşdırır.
        Məlumata əsasən smartfon qutusunda olacaq yeganə aksessuar USB Type-C/Lightning naqilidir. Bu cür məlumat iPhone 12-nin 20 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi sızıntısına əsaslanır. Şirkət bu cür şarj cihazını ayrıca satışa çıxardacaq. Heç istisna deyil ki, şarj cihazının satış komplektində olmaması yalnız adi iPhone 12 modelini əhatə edəcək. Pro modellər çox güman ki, şarj cihazına sahib olacaqlar.
    Linki kopyala