main-post-cover

    iPhone 12-nin təqdimat tarixi yenidən sızdırılıb

    Cihazlar+
    27.08.2020
    Farid Pardashunas
        Keçən həftə Apple şirkəti öz Youtube kanalında test məqsədli canlı yayımı aktivləşdirmişdi. Bu isə şirkətin yeni məhsullarının təqdimatına işarə edirdi. Həmin test yayımı çərçivəsində yeni iPhone modellərinin təqdimat tarixləri sızdırılmışdı. İndi isə həmin təqdimat tarixi şirkətin rəsmi saytında sızdırılıb. Bu barədə 4pda saytı xəbər verib. Təqdimat tədbiri barəsində məlumat Apple saytının xəbərlər bölməsində ortaya çıxıb. Lakin şirkət onu tez bir zamanda silib. Buna baxmayaraq bəzi istifadəçilər həmin məlumatın screenshotunu edə biliblər. Beləliklə təqdim edilmiş screenshot fotodan da görmək olar ki, Apple şirkəti təqdimat tədbirini 10 sentyabr tarixində keçirdəcək. Təsvirə əsasən bizləri yeni iPhone modellərinin, Apple Watch-un və digər məhsulların təqdimatları gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər