iPhone 12 smartfonları 5G şəbəkələrində internet sürəti testindən keçiblər
Cihazlar+
15.10.2020
Farid Pardashunas
Təqdim edilmiş yeni iPhone 12 modellərinin əsas üstünlüklərindən biri də odur ki, onlar 5G dəstəyinə sahibdirlər. Təqdimatdan sonra internetdə iPhone 12 smartfonlarının real 5G test nəticələri ortaya çıxıb. Bu barədə 9to5mac saytı xəbər verib.
AT&T-nin 6 GHz-dən aşağı tezlikdə 5G şəbəkəsinin test nəticələri:
Apple şirkətinin yeni smartfon seriyası 2 diapazon dəstəyini əldə edib: Aşağı tezlikli (6 GHz-dən aşağı) və millimetrlik mmWave 5G. İkinci variant yalnız ABŞ-da satılacaq iPhone 12 modelləri tərəfindən dəstəklənir və o, 6 GHz-dən aşağı 5G qoşulmasından daha sürətli internet göstəriciləri sərgiləyir. Lakin mmWave 5G şəbəkəsinin infrastrukturunu qurmaq çox qəliz məsələdir. Belə ki, onun üçün çoxlu sayda stansiya quraşdırmaq lazımdır.
Verizon-un mmWave diapazonunda 5G şəbəkəsinin test nəticələri:
Təqdim edilmiş nəticələr iPhone 12 smartfonlarının hər iki diapazonda testlərindən əldə olunublar və SpeedSmart tətbiqi vasitəsilə qeydə alınıblar. Test çərçivəsində smartfonlar ABŞ-ın AT&T, Verizon və T-Mobile mobil operatorlarının 5G şəbəkələrindən istifadə ediblər. Test nəticələrinə əsasən demək olar ki, 5G bağlantısının sürəti əsasən mobil operatordan və regiondan asılıdır.
T-Mobile-ın mmWave ilə orta diapazon birləşməsi üzrə 5G şəbəkəsinin test nəticələri:
Verizon-un mmWave 5G diapazonu üzrə test nəticələri ən diqqət çəkən nəticələr olublar. Belə ki, bəzi hallarda yüklənmə sürəti saniyədə 2 Gbit-i keçib. Heç də pis olmayan nəticələri həmçinin T-Mobile mobil operatoru sərgiləyib. Lakin orta səviyyədən də aşağı göstəriciləri AT&T mobil operatoru sərgiləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək