iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub
Cihazlar+
22.10.2020
Emil Nəcəfov
Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videosu ortaya çıxıb. Həmin videodan məlum olub ki, iPhone 12 modelləri Intel çipləri əvəzinə Qualcomm-un Snapdragon X55 adlı 5G modemi ilə təchiz olunublar. Qeyd etmək lazımdır ki, Snapdragon X55 modemi həm 5G mmWave həm də 5G Sub-6GHz şəbəkələrinin dəstəyini təmin edir.
Bununla yanaşı sözügedən modem 5G və 4G şəbəkələrinin birgə çalışması imkanını da verir. Maraqlısı ondadır ki, Qualcomm şirkəti hələ bu ilin fevral ayında X60 5G modemini təqdim etmişdi. Bu modem 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 7 nanometrlik X55-dən fərqli olaraq enerji sərfiyyatı baxımından daha effektivdir. Lakin nəticədə Apple şirkəti iPhone 12 modelləri üçün məhz X55 modemini seçib.
Çox güman ki, bunun səbəbi ondadır ki, X60 modemi artıq istifadəyə veriləndə iPhone 12-nin hazırlanma prosesi sona çatmışdı. Apple şirkətinin növbəti nəsil iPhone modellərində artıq X60 modeminin istifadə olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Apple iPhone 11 modellərində Intel çiplərindən istifadə edirdi. Lakin Intel şirkətinin 5G modem istehsalı problemini aradan qaldıra bilməməsi səbəbilə Apple nəticədə Qualcomm şirkətinin məhsulunu seçdi.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!