main-post-cover

    iPhone 12 və iPhone 12 mini modellərinin batareya həcmləri məlum olub

    Cihazlar+
    19.10.2020
    Farid Pardashunas
        Ənənəyə sadiq qalaraq Apple şirkəti öz smartfonlarının təqdimatı zamanı onların batareya həcmləri barəsində məlumat vermir. iPhone 12 seriyasının təqdimatı da istisna olmayıb. Lakin Braziliyanın ANATEL adlı nizamlayıcı orqanının məlumatı sayəsində iPhone 12 mini və iPhone 12 modellərinin batareya həcmləri məlum olub. Bu barədə Macrumors saytı xəbər verib.
        Beləliklə əldə olunmuş məlumata əsasən iPhone 12 mini modeli 2227 mAh, iPhone 12 modeli isə 2815 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Braziliyanın Tecnoblog saytı iddia edir ki, o, təqdim edilmiş 4 iPhone 12 modelinin batareya həcmi barəsində məlumatları əldə edib. Lakin iPhone 12 ProiPhone 12 Pro Max modellərinin batareya həcmləri barəsində məlumat verilməyib.
        Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, iPhone 12 Pro modeli 2775 mAh, iPhone 12 Pro Max modeli isə 3687 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Faktiki olaraq aydın olur ki, yeni iPhone 12 modellərinin batareya həcmləri keçən ilki iPhone 11 modellərinin batareya həcmlərindən daha aşağıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 modeli 3110 mAh, iPhone 11 Pro modeli 3046 mAh, iPhone 11 Pro Max modeli isə 3969 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bununla belə yeni smartfonların çalışma müddətləri keçən ilki smartfonların çalışma müddətləri ilə eynidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər