iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

Mobil Cihazlar
26.10.2020 PAYLAŞIM

    iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shield adlı xüsusi qoruyucu şüşə örtüyə sahibdirlər. Bu qoruyucu örtük Gorilla Glass şirkəti tərəfindən nanokeramik kristalların istifadəsi ilə hazırlanıb. Apple şirkətinin sözlərinə əsasən sözügedən şüşə örtük smartfonu yüksək hündürlüklü düşüşdən 4 dəfə daha yaxşı qoruyur və o hal hazırda smartfon bazarında ən dözümlü qoruyucu şüşədir. Məşhur texnobloqqerlər isə bu bəyanatın doğru olub-olmadığını yoxlamaq üçün yeni iPhone 12 modellərini testdən keçirdiblər. Bu barədə 4pda saytı xəbər verib.

    iPhone 12 ilə iPhone 12 Pro-nun dözümlülüyünü yoxlamış ilk şəxslərdən biri EverythingApplePro adlı məşhur Youtube kanalının müəllifi olub. Beləliklə bu texnobloqqerin apardığı test çərçivəsində hər iki smartfon müxtəlif gövdə istiqamətləri üzrə insanın kəmər nahiyəsindən yerə atılıb. Nəticədə smartfonların gövdələrində çox az sayda cızıqlar yaranıb. Baş nahiyəsindən də hər iki smartfon yerə atılandan sonra onların gövdələrində cızıqlar yaranıblar. Lakin iPhone 12 Pro modelində bir sıra piksel zədələnməsi müşahidə olunub.


    Daha sonra texnobloqqer 3 metr hündürlüyə qalxıb smartfonları həmin hündürləkdən yerə atıb. Bu cür hündürlükdən yerə düşəndən sonra iPhone 12 modelinin görünüşündə ciddi bir zədələnmə aşkar edilməyib. Lakin smartfonun yoxlanılması zamanı məlum olub ki, onun kamera modulu işləmir. iPhone 12 Pro modeli isə 3 metrlik hündürlükdən düşüşü problemsiz yola verə bilib. Daha sonra hər iki smartfon eyni hündürlükdən arxa qapaqları üzərinə yerə atılıblar. Hər iki smartfonun qoruyucu şüşəsi bu halda yararsız hala düşüb. Lakin bu halda smartfonların ön panellərindəki olan qoruyucu şüşə tamamilə salamat qalıb.

    Daha sonra smartfonlar üzrində eyni test bir daha keçirilib. Lakin bu dəfə smartfonların ekranları üzərinə düşüş reallaşdırılıb. Bu test çərçivəsində iPhone 12 Pro-nun ön panelindəki keramik şüşə çatlayıb. iPhone 12 isə bu testdən rahatlıqla keçə bilib. Nəticədə bloqqer yeni smartfonların dözümlülüklərindən razı qalıb. Techrax adlı Youtube kanalının müəllifi isə iPhone 12 ilə iPhone 11-in dözümlülüklərini müqayisə edib. Hər iki smartfon ilkin düşüşü alüminium çərçivənin minimal zədələnməsi ilə yekunlaşdırıb.

    Daha sonra hər iki smartfon ekran üzərinə baş nahiyəsindən yerə atılıb. Bu test çərçivəsində keçən ilki iPhone 11 modeli dözməyib. Belə ki, onun ön panelindəki qoruyucu şüşə çatlayıb. iPhone 12 isə bu testdən rahatlıqla keçib. MobileReviewsEh adlı Youtube kanalının müəlifi isə iPhone 12-nin dözümlülüyünü başqa üsul ilə yoxlamaq qərarına gəlib. Belə ki, o, iPhone 12-nin ekranına təzyiq götərmək üçün xüsusi cihazdan istifadə edib. Nəticədə iPhone 12-nin Ceramic Shield adlı qoruyucu şüşəsi 442 nyuton güc təzyiqinə tab gətirə bilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone 11 modeli 352 nyuton göstəricisində artıq yararsız hala düşür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 10 smartfonlarının qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

Redmi brendi dünən Note 10 smartfon seriyasının qlobal versiyalarını təqdim edib. Bu yeni smartfon s..


Redmi Note 10 smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Redmi brendi Redmi Note 10, Redmi Note 10 Pro və Pro 10 Max smartfonlarını təqdim edib.


Orta büdcəli OnePlus Nord 2 barəsində yeni məlumatlar verilib

İnsayderlərin verdikləri məlumata əsasən OnePlus şirkəti yeni flaqman smartfonları təqdim etməklə ya..


Xiaomi Mi Mix seriyasının yeni smartfonu qatlana bilən ola bilər

Nüfuzlu insayder Ross Young Xiaomi şirkətinin Mi Mix smartfon seriyası barəsində yeni məlumat verib...


Məşhur analitik iPhone 13 ilə qatlana bilən iPhone barəsində yeni məlumatlar ver..

Məşhur analitik Ming-Chi Kuo növbəti nəsil iPhone modellərində olacaq dizayn dəyişikliklərindən danı..


Xiaomi-nin qatlana bilən smartfonu təqdim olunmağa hazırlaşır

Xiaomi-nin çoxdan gözlənilən qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb...

×