iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Mobil Cihazlar
26.07.2021 PAYLAŞIM

    Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərqli olaraq daha sürətli şarj texnologiyasını əldə edəcəklər. Apple şirkətinin istehsalat zəncirindən məlumat verən insayderlər qeyd ediblər ki, şirkət bu il təqdim olunacaq iPhone modellərinin şarj gücü göstəricilərini yüksəldib. Məlumatda qeyd edilib ki, iPhone 13 modelləri 25 vatt gücündə olan sürətli naqilli şarjı dəstəkləyəcəklər.

    Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 modelləri 18 vatt gücündə olan sürətli naqilli şarjı dəstəkləyirlər. Görünür, iPhone 13 sürətli şarj texnologiyası məsələsində yenə də müasir Android smartfonlardan geri qalacaq. Belə ki, müasir Android smartfonlar daha yüksək göstəricidə olan sürətli şarj texnologiyasını dəstəkləyirlər.


    Bundan əlavə olaraq məlumata əsasən 25 vatt gücündə şarj texnologiyasına keçid öz növbəsində şarj sürətində dəyişikliyə səbəb olmaya bilər. Belə ki, bu ilki iPhone modellərinin batareya həcmlərinin böyüməsi gözlənilir. Bəzi məlumatlara əsasən yeni iPhone-lar A15 Bionic prosessoru və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq Pro modellərin ekranlarının LTPO texnologiyasına keçid edəcəkləri və nəticədə 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəkləri gözlənilir. iPhone 13 smartfon seriyası bu ilin sentyabr ayında təqdim olunmalıdır.



DAHA ÇOX


Xiaomi 14 və Xiaomi 14 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

Xiaomi-nin flaqman smartfonlarını müxtəlif səbəblərə görə tənqid etmək olar.


OnePlus Nord 3 5G Geekbench testlərindən keçib

Məlumdur ki, OnePlus hal hazırda OnePlus Nord 3 5G smartfonu üzərində çalışır.


Sony Xperia Pro-I II flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb..

Sony şirkəti 2021-ci ildə Xperia Pro-I adlı flaqman smartfonunu təqdim etmişdi.


ASUS Zenfone 10 flaqman smartfonu barəsində bəzi rəsmi məlumatlar verilib

Dünən ASUS özünün növbəti flaqman smartfonu olacaq Zenfone 10-un təqdimatını anons etdi.


Nokia-nın növbəti büdcəli smartfonu Geekbench testlərindən keçib

Nokia brendi növbəti büdcəli smartfon üzərində çalışır. Söhbət, Nokia G42 smartfonundan gedir. ..


ASUS Zenfone 10 flaqman smartfonunun təqdimatı anons edilib

ASUS şirkəti son aylar ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Zenfone 10 flaqman smar..

×