main-post-cover

    iPhone 13 istifadəçiləri öz smartfonlarında çəhrayı-bənövşəyi ekran problemi ilə qarşılaşıblar

    Cihazlar+
    21.01.2022
    Farid Pardashunas
        iPhone 13 smartfonlarının istifadəçiləri sosial şəbəkələrdə öz cihazlarının ekranları ilə bağlı baş verən problem barəsində məlumatlar paylaşmağa başlayıblar. Apple öz növbəsində istifadəçilərin şikayətlərinə artıq reaksiya verib və qeyd edib ki, yaranmış problem smartfonların texniki özəllikləri ilə bağlı deyil. Yaranmış problem ondan ibarətdir ki, iPhone 13 modellərinin ekranları gözlənilməz anda çəhrayı-bənövşəyi rəng əldə edirlər. Bu halda smartfonların ekranları hər hansısa toxunuşa reaksiya vermirlər və daha sonra onlar avtomatik olaraq yenidən işə düşürlər.
        Sözügedən problemi əks etdirən fotolara diqqətlə baxan zaman görmək olar ki, ekranlarda mövcud olan çəhrayı-bənövşəyi fonun arxasında interfeysin bəzi elementləri görünürlər. Bu problem təsadüfən yaranır və smartfondan istifadəni çətinləşdirir. İstifadəçilərin sözlərinə əsasən sözügedən problem bütün dünya üzrə müşahidə edilir və bütün iPhone 13 modellərində baş verir.
        Problemin yaranması ilə bağlı hər hansı bir qanunauyğunluq yoxdur. Belə ki, iPhone 13 modellərinin ekranları müxtəlif vəziyyətlərdə bu hal ilə qarşılaşa bilərlər. Maraqlısı ondadır ki, Apple şirkətinin özü bu məsələ ilə bağlı hansısa fikirə sahib deyil. Şirkətin dəstək xidməti bəzi isitfadəçilərə bildirib ki, bu problem smartfonların texniki hissələrini əhatə etmir və onlara aktual iOS versiyasına kimi yenilənmək məsləhət görülür. 
    Linki kopyala