iPhone 13 mini smartfonu iPhone mini seriyasının son smartfonu olacaq

iPhone 13 mini smartfonu iPhone mini seriyasının son smartfonu olacaq

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Təqdimatından iki il keçməsinə baxmayaraq Apple şirkəti iPhone 13 mini smartfonunun satışlarını dayandırmağa hazırlaşır. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple kiçik həcmdə iPhone 13 mini ehtiyatına sahibdir. Şirkət yerdə qalan iPhone 13 mini modellərini satdıqdan sonra onun istehsalını və satışlarını dayandıracaq. Qeyd etmək lazımdır ki, hal hazırda ABŞ-da iPhone 13 mini modelinin sifarişi halında smartfonun alıcıya 2-3 həftə ərzində çatdırılması baş tutur.

    Macrumors saytı isə öz növbəsində qeyd edib ki, iPhone 13 mini smartfonu iPhone mini seriyasının son modeli olacaq. Çox güman ki, iPhone 15 smartfon seriyasının təqdimatından sonra Apple iPhone 13 mini modelinin satışlarını artıq dayandıracaq. Bunun olacağı halda şirkətin kompakt ölçülü yeganə iPhone modeli iPhone SE olacaq. Qeyd etmək lazımdır ki, iPhone mini seriyasının ləğv ediləcəyi barəsində məlumat daha öncə də ortaya çıxmışdı. Məsələ burasındakdır ki, bu seriyanın satışları şirkəti heç də qane etmir. Belə ki, ona alıcılar tərəfindən tələbat çox aşağıdır.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×