main-post-cover

    iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

    Cihazlar+
    15.09.2021
    Emil Nəcəfov
        14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi. İndi isə bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar artıq ön sifarişləri qəbul etməyə başlayıblar.
        Məsələn JD adlı ticarət platformasındakı rəsmi Apple internet mağazasında ilkin mərhələdə iPhone 13 modellərinin ön sifarişləri 1.2 milyon təşkil edib. İndi isə bu göstərici daha yüksəkdir. Qeyd etmək lazımdır ki, Çin bazarında 128 GB daxili yaddaşa sahib iPhone 13 mini modeli 808$-a satılır. Bu isə ABŞ bazarındakı satış qiymətindən daha yüksəkdir. Belə ki, ABŞ bazarında həmin smartfon 699$-a satılır. 1 TB yaddaşa sahib iPhone 13 Pro Max modeli isə Çin bazarında 2021$-a, ABŞ bazarında 1599$-a satılır.
    Linki kopyala