iPhone 13 Pro Max kamerasının göz xəstəliklərinin müalicəsində ideal alət olduğu məlum olub

iPhone 13 Pro Max kamerasının göz xəstəliklərinin müalicəsində ideal alət olduğu məlum olub

Mobil Cihazlar
01.10.2021 PAYLAŞIM

    iPhone 13 seriyasının Pro modellərində reallaşdırılmış yeni özəlliklərdən biri də ondan ibarətdir ki, onların kameralarından biri makroçəkiliş rejimini dəstəkləyir. Bunun sayəsində smartfonlar çox yaxın məsafədən keyfiyyətli fotoların çəkilməsi imkanını verirlər. Bir çoxları bu rejimdən istifadə edərək öz fotolarında təbiətin kiçik detallarını əks etdirdikləri bir vaxtda Tommy Korn adlı həkim aşkar edib ki, iPhone 13 Pro Max-ın makro kamerası göz xəstəliklərinin diaqnostikasında və müalicəsində faydalı ola bilir.

    Öz LinkedIn hesabında oftalmoloq (göz həkimi) özünün yeni iPhone 13 Pro Max modeli vasitəsilə pasientinin görmə qabiliyyətini yoxlama təcrübəsini bölüşüb. Smartfonda olan makroçəkiliş rejimi vasitəsilə Korn gözlərin çox detallı fotolarını çəkə bilir. Bu isə öz növbəsində pasientin səhhəti ilə bağlı vacib faktorların təyin edilərək onların müşahidəsini mümkün edir. Həkim smartfonun kameralarının imkanlarını öz pasientinin misalında sərgiləyib. Belə ki, onun pasientinin gözlərinə yeni buynuz qişası köçürülüb və həkim tez-tez sıyrıntıların sağalıb-sağalmadığını müşahidə etməlidir.


    Korn bildirib ki, iPhone 13 Pro Max bu məsələdə professional cihaz adına namizəd ola bilər. Qeyd etmək lazımdır ki, iPhone 13-ün Pro modellərində yeni kamera rejiminin olmasına baxmayaraq Apple şirkəti makro çəkilişlər üçün yeni obyektiv əlavə etməyib. Bunun yerinə smartfonlar f/1.8 diafraqmalı və 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektivə sahib təkmilləşdirilmiş kameranı əldə ediblər. Nəticədə kamera avtofokus və proqram təminatı vasitəsilə 2 sm məsafədən keyfiyyətli makro fotolar çəkə bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×