iPhone 13 Pro-nun maya dəyəri məlum olub

iPhone 13 Pro-nun maya dəyəri məlum olub

Mobil Cihazlar
04.10.2021 PAYLAŞIM

    TechInsights şirkətinin mütəxəssisləri iPhone 13 Pro modelinin daxili komponentlərini analiz edərək onun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini təyin ediblər. Bundan əlavə olaraq mütəxəssislər smartfonun texniki göstəriciləri barəsində maraqlı məlumatları da təqdim ediblər. Beləliklə mütəxəssislərin hesablamalarına əsasən iPhone 13 Pro-nun bütün komponentləri ilə materiallarının ümumi qiymətləri 570$ təşkil edir. Bu isə keçən ilki iPhone 12 Pro modelinin komponentlərinin ümumi qiymətlərindən 22$ bahadır. Bu öz növbəsində yeni iPhone 13 Pro-da daha bahalı prosessordan, ekrandan və daxili yaddaş həcmindən istifadə ilə əlaqələndirilir.


    Bundan əlavə olaraq bir sıra dəyişikliklərə məruz qalmış smartfon gövdəsinin qiyməti də yüksəlib. 256 GB yaddaşa sahib iPhone 13 Pro modeli ABŞ-da 1099$-a satılır. Bu, yuxarıda qeyd edilmiş 570$ qiymətdən 1.9 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, qeyd edilmiş 570$ qiymətə samrtfonun yığılma və logistika xərcləri daxil deyillər. Smartfonun daxili komponentlərinin analizi sayəsində məlum olub ki, iPhone 13 Pro modeli LPDDR5 standartı əvəzinə LPDDR4 standartlı 6 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq məlum olub ki iPhone 13 və iPhone 13 Pro eyni qrafik çiplərə sahibdirlər. Lakin onlar öz aralarında nüvələrin sayı ilə fərqlənirlər. Belə ki, iPhone 13 modeli 4 nüvəli qrafik çip ilə, iPhone 13 Pro modeli isə 5 nüvəli qrafik çip ilə təchiz olunub. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..


İnsayderlər Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər

İnsayderlər Redmi brendinin Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər.


iPhone 14 modelləri daha böyük həcmli daxili yaddaşa sahib olacaqlar

Apple hələ bir neçə müddət bundan öncə iPhone 13 smartfon seriyasını təqdim etsə də, artıq gələn ilk..

×