Reklam
iPhone 13 Pro və iPhone 13 Pro Max smartfonları dözümlülük testlərindən keçiblər

iPhone 13 Pro və iPhone 13 Pro Max smartfonları dözümlülük testlərindən keçiblər

Mobil Cihazlar
27.09.2021 PAYLAŞIM

    İnternetdə artıq yeni iPhone 13 modelləri üzərində aparılan bir sıra testlər ortaya çıxmağa başlayıblar. EverythingApplePro adlı məşhur Youtube kanalının müəllifi isə iPhone 13 Pro iPhone 13 Pro Max modellərinin dözümlülüklərini yoxlayıb. Belə ki, o, sözügedən smartfonları müxtəlif yüksəklikdən yerə atıb və nəticədə onların gövdələrinin nə dərəcədə dözümlü olduqlarını yoxlayıb. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar paslanmaz poladdan hazırlanmış çərçivələrə sahib gövdə və Ceramic Shield adlı ekran qoruyucusu əldə ediblər. Apple şirkətinin verdiyi məlumata əsasən Ceramic Shield hal hazırda bazarda olan ən dözümlü ekran qoyucusudur.

    Beləliklə bu smartfonların kəmər hündürlüyündən gövdə küncləri üzərlərinə beton səthə atılmaları nəticəsində zərbə yerlərində nəzərə çarpmayan cızıqlar əmələ gəlib. Smartfonların eyni hündürlükdən arxa və ön panelləri üzərlərinə düşüşləri nəticəsində də heç bir ciddi zədə baş verməyib. Növbəti test mərhələsində smartfonlar insan boyu hündürlüyündən yerə atılıblar. Test çərçivəsində smartfonlar gövdə küncləri və arxa panelləri üzərlərinə düşüşdən salamat çıxa biliblər. Lakin insan boyu hündürlüyündən düşüş testi zamanı iPhone 13 Pro-nun ekranı üzərində çatlar əmələ gəlib. iPhone 13 Pro Max modelinin ekranı isə heç bir zədə görməyib.


    Sonda hər iki smartfon 3 metr hündürlükdən yerə atılıb. Bu test çərçivəsində gövdə küncləri üzərlərinə düşüş nəticəsində iPhone 13 Pro modelinin arxa panelində çatlar əmələ gəlib. iPhone 13 Pro Max modeli isə 3 metr hündürlükdən olmuş düşüşdən salamat çıxıb. Nəticədə həm arxa həm də ön panellər üzərlərinə düşüş testləri zamanı iPhone 13 Pro Max modelində də çatlar əmələ gəlib. Çatların əmələ gəlmələrinə baxmayaraq smartfon normal şəkildə çalışmağa davam edib. EverythingApplePro Youtube kanalının müəllifi yeni iPhone 13 modellərinin dözümlülüklərini yüksək qiymətləndirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×