main-post-cover

    iPhone 13 smartfonlarının əldə edəcəkləri batareya həcmləri barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    02.06.2021
    Farid Pardashunas
        Bu il təqdim olunacaq iPhone 13 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Məlum olub ki, bu seriyaya daxil olacaq smartfonlar Çində 3C sertifikatlaşdırılmasından keçiblər və bunun sayəsində onların sahib olacaqları batareya həcmləri barəsində məlumatlar ortaya çıxıb. Beləliklə Digital Chat Station ləqəbli məşhur çinli insayderin sözlərinə əsasən kompakt ölçüyə sahib olacaq iPhone 13 mini modeli 2406 mAh, iPhone 13 iPhone 13 Pro modelləri 3095 mAh, iPhone 13 Pro Max modeli isə 4352 mAh enerji tutumu batareya ilə təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 mini modeli 2227 mAh, iPhone 12 iPhone 12 Pro modelləri 2775 mAh, iPhone 12 Pro Max modeli isə 3687 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bu ilki iPhone 13 modellərinin batareya həcmlərinin yüksəlməsi, Apple şirkətinin yeni smartfonlarda 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlardan istifadə edəcəyinə işarə edir. Bundan əlavə olaraq son məlumatlara əsasən iPhone 13 modelləri Always on Display funksiyalı OLED ekranlar ilə təchiz olunacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər