main-post-cover

    iPhone 13 smartfonunun kamera parametrləri internetə sızdırıldı?

    Cihazlar+
    03.06.2020
    Nijat Hamid
            Apple şirkəti bu il gecikmə halları olmasa iPhone 12 smartfon seriyasını çıxarmağı planlaşdırır. LIDAR kamera sensoruna malik olacağı düşünülən iPhone 12 çıxmadan artıq iPhone 13 modelinin kamera parametrləri sızdırılmış ola bilərmi? Twitter üzərindən iPhone iOS paylaşımları ilə fərqlənən Fudge adlı istifadəçi iPhone 13 smartfonunun kamera göstəricilərinin sızdırıldığını iddia edir. 

    Məlumatlara görə iPhone 13 digər modellərdən fərqli olaraq 5 kameraya malik olacaq.

            Fudge adlı istifadəçinin bildirdiyi məlumatlara görə bu parametrlər çox yenidir. Növbəti aylarda kamera görüşünü, sayı və s. dəyişə bilər. Paylaşılan şəkilə görə iPhone 13-də də kvadrat kamera düzülüşü istifadə ediləcək, lakin kvadratdan aşağıda bir kamera daha olacaq. Sızdırılan məlumatlara görə Apple, iPhone 13 smartfonunda çox güclü kamera sensorları istifadə edəcək. Bu kameraların parametrləri isə belə olacaq:
    • 6X digital, 1X optik yaxışlaşdırmaya malik 64 MP-lik geniş bucaqlı əsas kamera
    • Xüsusilə video çəkiliş üçün istifadə ediləcək olan 64 MP-lik anamorf kamera
    • Ultra geniş bucaqlı 40 MP-lik kamera (Reverse Zoom- Tərsinə yaxınlaşdırma)
    • 3X-5X aralığında optik, 15X-20X aralığında digital yaxınlaşdırma dəstəyinə malik 40 MP-lik telefoto kamera.
    • LİDAR 4.0 dəstəkli kamera.
            Techote olaraq deyə bilərik ki, bu parametrlər bizi belə həyəcanlandırdı. iOS səbəbilə iPhone smartfonlarında kameralar daha stabil işləyir, şəkilləri daha yüksək keyfiyyətdə render edə bilir. Əgər bu parametrlər təsdiqlənərsə növbəti iPhone seriyası iPhone 13 çox mükəmməl şəkil və video çəkmək qabiliyyətinə malik olacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər