main-post-cover

    iPhone 13-ün dizaynı aksesuar istehsalçısı sayəsində təsdiqlənib

    Cihazlar+
    25.08.2021
    Emil Nəcəfov
        Sirr deyil ki, yeni smartfonlar üçün nəzərdə tutulmuş aksesuarlar onların təqdimatlarından öncə satışa çıxırlar. iPhone 13 də bu məsələdə istisna olmayıb. Belə ki, məhz iPhone 13 üçün nəzərdə tutulmumş qoruyucu şüşə aksesuarının fotosu internetdə ortaya çıxıb. Ortaya çıxmış foto iPhone 13 barədə əvvəlki məlumat sızıntısını təsdiqləyib. iPhone 13-ün ekranı üzərində olacaq çıxıntı hissəsinin ölçüsü həqiqətən də bir qədər kiçik olacaq. Qoruyucu şüşənin qutusu üzərindəki yazıya əsasən iPhone 13 və iPhone 13 Pro 6.1 düym ekrana sahib olacaqlar.
        Ola bilər ki, sözügedən qoruyucu şüşə aksesuarının istehsalçısı təqdimatdan öncə iPhone 13 modellərinin maketlərini əldə edə bilib. Bununla yanaşı internetdə həmçinin iPhone 13 üçün nəzərdə tutulmuş USB Type-C-Lightning şarj naqilinin fotosu da ortaya çıxıb. Fotodan da görmək olar ki, şarj naqili daha möhkəm örtüyə sahibdir. Lakin iPhone 13 modellərinin qutularında məhz bu naqilin olub-olmayacağı bilinmir. Qeyd etmək lazımdır ki, iPhone 13 modellərinin təqdimatları gələn ay baş tutacaq.
    Linki kopyala