iPhone 13-ün təqdimat tarixi və qiyməti barəsində məlumat verilib

iPhone 13-ün təqdimat tarixi və qiyməti barəsində məlumat verilib

Mobil Cihazlar
26.08.2021 PAYLAŞIM

    Apple şirkətinin ənənəvi sentyabr təqdimatına bir neçə həftə qalmış insayderlər təqdimat tədbirinin keçirilmə tarixi barəsində məlumat veriblər. Bununla yanaşı insayderlər həmçinin bütün iPhone 13 modellərinin satış qiymətlərini də açıqlayıblar. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumata əsasən Apple şirkətinin təqdimat tədbiri 17 sentyabr tarixində baş tutacaq. Bununla belə Wedbush adlı investisiya şirkətinin analitiki konkret tarix söyləməyərək qeyd edib ki, Apple şirkətinin növbəti təqdimat tarixi 13-17 sentyabr aralığında baş tutacaq. Artıq məlumdur ki, Apple 4 iPhone 13 modelini təqdim edəcək: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Bütün iPhone 13 modelləri A15 Bionic prosessoruna sahib olacaqlar.

    Pro modellərin əsas özəllikləri isə ondan ibarət olacaq ki, onlar 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranlar ilə təchiz olunacaqlar. Bununla yanaşı iPhone 13 modellərində bir qədər daha böyük həcmli batareyalar ilə təchiz olunacaqları gözlənilir. İnsayderlərin məlumatlarına əsasən iPhone 13 mini modeli 699$-a, iPhone 13 modeli 799$-a, iPhone 13 Pro modeli 999$-a, iPhone 13 Pro Max modeli isə 1099$-a satılacaq. Bununla yanaşı 30 sentyabr tarxində Apple şirkəti AirPods 3 qulaqlıqlarını satışa çıxarda bilər. Sözügedən qulaqlıqların dizaynlarının AirPods Pro-nun dizaynı tərzində reallaşdırılacaqları gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Civi adlı yeni smartfonun texniki özəllikləri internetdə ortaya çıxıb..

Təqdimata hazırlaşan Xiaomi Civi adlı yeni smartfon modelinin texniki özəllikləri barəsində məlumatl..


Huawei orta səviyyəli nova 9 və nova 9 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Huawei şirkəti orta səviyyəli iki yeni smartfonunu təqdim edib. Söhbət, Huawei nova 9 və nova 9 Pro ..


Galaxy S22 Ultra smartfonunda Galaxy Note seriyasının vacib özəlliyi reallaşdırı..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin yaxın gələcəkdə təqdim olunacaq flaqman smar..


Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Microsoft şirkəti qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib. Şirkət yeni modeldə əvvəlkini..


5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

Nokia brendi G50 adlı 5G dəstəkli smartfon modelini təqdim edib. Bu smartfon Nokia brendinin 5G dəst..


Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır...

×