Reklam
iPhone 14-də peyk şəbəkəsi üzərindən fövqəladə xidmətlərlə əlaqə yaratmaq imkanı reallaşdırıla bilər

iPhone 14-də peyk şəbəkəsi üzərindən fövqəladə xidmətlərlə əlaqə yaratmaq imkanı reallaşdırıla bilər

Mobil Cihazlar
18.04.2022 PAYLAŞIM

    Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman-ın proqnozlarına əsasən bu il təqdim ediləcək iPhone 14-də peyklər vasitəsilə fövqəladə xidmətlərə mətnli mesajlar göndərmək imkanı reallaşdırılacaq və bu, adi mobil şəbəkənin olmadığı yerlərdə lazımlı olacaq. Qeyd etmək lazımdır ki, hələ keçən il bu cür imkanın iPhone 13-də reallaşdırılacağı barəsində məlumatlar ortaya çıxmışdı. Lakin nəticədə Apple şirkəti sözügedən imkanı iPhone 13-də təqdim etmədi. Bununla belə bu özəlliyin iPhone 14-də istifadəyə verilmə ehtimalı çox yüksəkdir. Əgər sözügedən özəllik nəticə etibarilə reallaşdırılsa, çox güman ki, o, məhdud funksionallığa sahib olacaq.

    “Sözügedən texnologiya istifadəçilərə peyk şəbəkəsi vasitəsilə fövqəladə xidmətlərə mətnli mesajlar göndərməyi və beləliklə baş vermiş hansısa bədbəxt hadisə barəsində məlumat verməyi mümkün edəcək” - deyə Mark Gurman qeyd edib. Günümüzdə bu cür funksiyaya sahib olan cihazlar öz böyük ölçüləri ilə fərqlənirlər. Ola bilər ki, Apple şirkəti bu texnologiyanı smartfona inteqrasiya oluna biləcək dərəcədə kiçildə bilib. Verilmiş məlumata əsasən smartfonları peyk şəbəkəsi ilə təmin edə biləcək standart şəbəkələrin yaradılması üzərində Lynk və AST kimi şirkətlər çalışırlar.


    Lakin sözügedən texnologiyanın inteqrasiyası üçün hələ çox zaman lazım olacaq. iPhone smartfonlarına gəldikdə isə onlar hal hazırda Qualcomm şirkətinin modemləri vasitəsilə çalışırlar. Lakin bununla belə Apple fərdi modemin hazırlanması üzərində də çalışır və fərdi modemlərin iPhone modellərinə 2023-2024-cü illərdə inteqrasiya ediləcəyi gözlənlir. Əgər Apple uzunmüddətli perspektiv üzrə çalışır və Lynk, AST kimi şirkətlərlə müqavilə bağlayıbsa, o, modemləri konkret provayder servisləri üçün optimizasiya edə bilər. Bu halda peyk şəbəkəsi ilə uyğunlaşan iPhone modelləri həqiqətən də satışa çıxa bilərlər. Lakin bunun 2025-ci ildən tez olacağını gözləmək lazım deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×