Logo
    main-post-cover

    iPhone 14 Havay adalarında bir ailəni yanğınlardan xilas edib

    Cihazlar+
    14.08.2023
    Emil
        Havay adaları hal hazırda güclü istilik və quraqlıq səbəbilə baş vermiş meşə yanğınları problemini yaşayır. Meşə yanğınları səbəbilə artıq 70-dən çox insan həyatını itirib. Məlum olub Maui adasında 5 nəfərdən ibarət ailəni iPhone 14-də olan Emergency SOS funksiyası və peyk rabitəsi imkanı vasitəsilə xilas etmək mümkün olub. Məlumatda qeyd edilib ki, ailə avtomobil daxilində olub.
        Lakin avtomobil yanğınla əhatə olunduğu üçün ailə üzvləri avtomobildən çıxa bilməyiblər. Onların yerləşmiş olduqları ərazidə mobil rabitə olmadığı üçün onlar iPhone 14-də olan Emergency SOS funksiyasından və peyk rabitəsindən istifadə ediblər. Peyk rabitəsi vasitəsilə ailə xilasedicilər ilə əlaqə saxlaya bilib və öz koordinatlarını onlara göndərib. 30 dəqiqə ərzində xilasedicilər ailəni təhlükəli ərazidən evakuasiya edə biliblər.
    Paylaş
    Bənzər xəbərlər