iPhone 14 Max-ın texniki özəllikləri və güman edilən satış qiyməti barəsində məlumatlar verilib

iPhone 14 Max-ın texniki özəllikləri və güman edilən satış qiyməti barəsində məlumatlar verilib

Mobil Cihazlar
10.05.2022 PAYLAŞIM

    İnternetdə iPhone 14 Max smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bəzi məlumatlara əsasən Apple bu il iPhone mini modelindən imtina edəcək və onu iPhone Max ilə əvəzləyəcək. Bunun əsas səbəbi isə iPhone mini modelinə olan aşağı tələbatdır. İndi isə insayderlər iPhone 14 Max modelinin texniki özəlllikləri ilə gözlənilən satış qiyməti barəsində məlumat veriblər. Verilmiş məlumatda qeyd edilib ki, dizayn baxımından iPhone 14 Max modeli keçən ilki iPhone 13 seriyasından heç də fərqlənməyəcək. O, ön kamera və Face ID sistemi üçün nəzərdə tutulmuş ənənəvi çıxıntı hissəni özündə birləşdirəcək. iPhone 14 Max smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2778x1284 piksel keyfiyyətli 6.68 düym OLED ekran ilə təchiz olunacaq.

    Smartfonun performansından isə keçən ilki Apple A15 Bionic prosessoru cavabdeh olacaq. Məlumata əsasən iPhone 14 və iPhone 14 Max-ın keçən ilki A15 Bionic prosessoru ilə təchiz edilmə planının səbəbi ondan ibarətdir ki, şirkət bu üsul ilə adi iPhone 14 modellərini iPhone 14 Pro modellərindən ayırmaq və onların maya dəyərlərini aşağı salmaq istəyir. Bundan əlavə olaraq məlumata əsasən iPhone 14 Max modeli 6 GB RAM və 128/256 GB daxili yaddaş ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 12 MP + 12 MP ikili arxa kameranı özündə birləşdirəcək. 128 GB daxili yaddaşa sahib iPhone 14 Max-ın 899$-a satılacağı gözlənilir. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×