iPhone 14 modelləri daha böyük həcmli daxili yaddaşa sahib olacaqlar

iPhone 14 modelləri daha böyük həcmli daxili yaddaşa sahib olacaqlar

Mobil Cihazlar
04.10.2021 PAYLAŞIM

    Apple hələ bir neçə müddət bundan öncə iPhone 13 smartfon seriyasını təqdim etsə də, artıq gələn ilki iPhone 14 barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Ortaya çıxmış məlumata əsasən gələn il iPhone 14 modelləri daha böyük həcmli daxili yaddaşa sahib olacaqlar. Bu il Apple şirkəti iPhone 13 modellərində maksimal daxili yaddaş həcmini 2 dəfə yüksəldərək 1 TB-a çatdırmışdı. Lakin söhbət, yalnız iPhone 13 Pro iPhone 13 Pro Max modellərindən gedir. Görünür, bunun əsas səbəblərindən biri də yeni kamera funksiyalarıdır. Belə ki, saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində ProRes videonun çəkilməsi üçün istifadəçiyə 256 GB yaddaş lazımdır.

    İndi isə məlumat verilib ki, gələn ilki iPhone 14 modelləri 2 TB daxili yaddaş həcminə sahib olacaqlar. Söhbətin hansı iPhone 14 modellərindən getdiyi barəsində məlumat verilməyib. Lakin çox güman ki, 2 TB-lıq daxili yaddaş həcmi yalnız Pro modellərdə reallaşdırılacaq. Bu halda digər modellərin maksimal daxili yaddaş həcmlərinin 512 GB-dan 1 TB-a yüksələcəklərini gözləmək olar. Qeyd etmək lazımdır ki, ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır. Belə ki, iPhone 14 seriyasının təqdimatına hələ çox zaman var və bu müddət ərzində şirkətin planları dəyişə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..


iPhone 13 Pro-nun maya dəyəri məlum olub

TechInsights şirkətinin mütəxəssisləri iPhone 13 Pro modelinin daxili komponentlərini analiz edərək ..


İnsayderlər Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər

İnsayderlər Redmi brendinin Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər.

×