main-post-cover

    iPhone 14 Plus-ın uğursuz olması səbəbilə iPhone 15 seriyasında bəzi dəyişikliklər ola bilər

    Cihazlar+
    29.12.2022
    Farid Pardashunas
        Bu il Apple şirkəti iPhone 14 smartfonunun mini modelindən imtina etdi və onu iPhone 14 Plus ilə əvəzlədi. iPhone 14 Plus modeli texniki göstəricilər baxımından adi iPhone 14 ilə, ölçü baxımından isə iPhone 14 Pro ilə eynidir. Lakin Apple şirkətinin bu təcrübəsi heç də uğurlu olmadı. Belə ki, iPhone 14 Plus-ın satış göstəriciləri gözlənildiyindən daha aşağı oldular. İnsayderlərin verdikləri yeni məlumatlara əsasən Apple şirkəti iPhone 14 Plus modelinin bu dərəcədə uğursuz olmasından narahatdır və gələn ilki iPhone 15 smartfon seriyasında bəzi dəyişikliklər edə bilər. İnsayderlər bildiriblər ki, bu halda şirkət iki variantdan birini seçə bilər, Birinci variant iPhone 15 və iPhone 15 Plus ilə iPhone 15 Pro modelləri arasında ciddi fərqlilik tendensiyasını qoruyub saxlamaqdan ibarətdir.
        Lakin bununla belə adi iPhone 15 modelləri Pro modellərin bəzi özəlliklərini əldə edə bilərlər. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, gələn ilki bütün iPhone 15 modelləri ekran üzərində Dynamic Island çıxıntısını əldə edə bilərlər. Qeyd etmək lazımdır ki, bu ilki iPhone 14 seriyasında sözügedən ekran çıxıntısını yalnız iPhone 14 Pro modelləri əldə ediblər. İkinci variant isə iPhone 15 Plus-ın qiymətinin aşağı salınması ilə bağlıdır. Hal hazırda aktual olan iPhone 14 Plus-ın qiyməti 899$-dan start götürür. iPhone 15 Plus modelinin qiymətinin aşağı salınması halında çox güman ki, adi iPhone 15-in də qiyməti aşağı salınacaq. Hal hazırda adi iPhone 14-ün qiyməti 799$-dan başlayır. Hər halda iPhone 15-in təqdimatına hələ aylarla vaxt var və bu müddət ərzində şirkətin planları tamamilə dəyişə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər