main-post-cover

    iPhone 14 Pro Max-ın maya dəyəri məlum olub

    Cihazlar+
    07.10.2022
    Farid Pardashunas
        Nikkei saytının mütəxəssisləri iPhone 14 Pro Max modelini hissələrə ayıraraq onun bütün detallarının qiymətlərini təyin etməyə çalışıblar. Məlum olub ki, iPhone 13 Pro Max-dan fərqli olaraq Apple şirkəti iPhone 14 Pro Max-ın istehsalatına 60$ daha çox vəsait xərcləyir. Beləliklə iPhone 14 Pro Max-ın istehsalat xərcləri onu bütün iPhone modelləri arasında ən baha başa gələn model edirlər. Bununla belə Nikkei bildirib ki, 2018-ci ildən başlayaraq Apple şirkətinin ultra flaqman smartfonlarının detalları ümumilikdə 400-450$-a başa gəlir. Verilmiş məlumata əsasən iPhone 14 Pro Max-da ən bahalı detal məhz Apple A16 Bionic prosessoru olub. Belə ki, onun qiyməti 110$ təşkil edir.
        Keçən ilki A15 Bionic ilə müqayisədə A16 Bionic-in qiyməti 2 dəfə yüksəlib. Bununla yanaşı smartfonun əsas kamera obyektivinin sensor qiyməti də 1.5 dəfə yüksəlib. Logistik və reklam xərcləri nəzərə alınmamaqla bir iPhone 14 Pro Max smartfonu Apple şirkətinə 500$-a başa gəlir. Məlumatda qeyd edilib ki, smartfonun sahib olduğu detalların 32.4%-i ABŞ-dan olan şirkətlər tərəfindən istehsal edilir. iPhone 13 Pro Max-da isə bu göstərici 22.6% təşkil edirdi. Bundan əlavə olaraq yeni smartfonun daxili detallarının 24.8%-i Cənubi Koreyadan olan şirkətlər, 10.9%-i isə Yaponiyadan olan şirkətlər tərəfindən istehsal edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər