Reklam
iPhone 14 Pro Max-ın ölçülərini və dizaynını sərgiləyən eskiz fotolar təqdim edilib

iPhone 14 Pro Max-ın ölçülərini və dizaynını sərgiləyən eskiz fotolar təqdim edilib

Mobil Cihazlar
14.07.2022 PAYLAŞIM

    ShrimpApplePro ləqəbli insayder iPhone 14 Pro Max smartfon modelinin mühəndis eskizlərini təqdim edib. Təqdim edilmiş eskizlərin maraqlı tərəfləri ondan ibarətdir ki, onlar sözügedən smartfonun ölçülərini təsdiqləyirlər. Beləliklə iPhone 14 Pro Max-ın əsas fərqləndirici dizayn özəlliyi ondan ibarət olacaq ki, o, iPhone tarixində ən böyük ölçülü arxa kamera sahəsinə sahib olacaq. Məlumata əsasən bu il təqdim ediləcək iPhone 14 Pro Max modeli ölçü baxımından iPhone 13 Pro Max-dan bir qədər kiçik olacaq. Belə ki, yeni smartfonun uzunluğu 160.71 mm təşkil edəcək. Qeyd etmək lazımdır ki, iPhone 13 Pro Max-ın uzunluğu 160.8 mm təşkil edir. Bununla belə iPhone 14 Pro Max-ın ekranı maksimal dərəcədə nazikləşdirilmiş çərçivələr hesabına daha böyük sahəni əhatə edəcək.


    Bundan əlavə olaraq smartfonun arxa kamera sahəsinin hündürlüyü də qeyd edilib. O, 12.02 mm təşkil edəcək. Bu məlumat iPhone 14 Pro modellərinin 8K keyfiyyətində videolar çəkə biləcək daha təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlarını sübut edirlər. İkinci eskiz fotosu isə smartfonun ön panelini əks etdirir. Fotodan da görmək olar ki, smartfonun ekranı üzərində kiçik ölçülü iki ədəd çıxıntı yerləşir. Onlardan biri dairəvi, digəri isə oval formadadır. Bəzi məlmatlara əsasən dairəvi çıxıntıda ön kamera, oval formalı çıxıntıda isə Face ID sistemi yerləşəcək. Bəzi insayderlər həmçinin qeyd ediblər ki, iPhone 14 Pro modellərinin gövdələri titan ərintisindən hazırlanacaq. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfon seriyasının təqdimatı sentyabr ayında baş tutmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra təqdim olunub - QİYMƏTİ

Xiaomi xüsusi təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 2 və Redmi K50 Ultra flaqman smar..


200 MP-lik kameraya sahib Moto X30 Pro və qatlana bilən Motorola RAZR (2022) təq..

Motorola şirkəti artıq uzun zamandır ki, barəsində məlumatlar yayılan Moto X30 Pro adlı flaqman smar..


Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy ..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..

×