main-post-cover

    iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə təchiz oluna bilərlər

    Cihazlar+
    13.01.2022
    Farid Pardashunas
        Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imtina edəcəyi mövzusunu əhatə edən yeni insayder məlumatlar verilib. Belə ki, nüfuzlu insayder Ross Young-ın sözlərinə əsasən yaxın gələcəkdə Face ID texnologiyası iPhone ekranlarının alt hissəsinə yerləşdiriləcək. Güman olunurdu ki, Apple şirkəti sözügedən ideyanı artıq bu il reallaşdıracaq. Lakin Ross Young-ın sözlərinə əsasən iPhone 14 Pro iPhone 14 Pro Max modellərinin ekranları üzərində ənənəvi çıxıntı əvəzinə fərqli ölçülərə sahib iki ədəd çıxıntı yerləşəcək. Onlardan biri dairəvi formada, ikincisi isə oval formada olacaq. 
        İnsayder bildirib ki, dairəvi formada olacaq çıxıntı True Depth infraqırmızı skaneri üçün, oval formada olacaq çıxıntı isə ön kamera üçün nəzərdə tutulacaq. İnsayder bildirib ki, Apple şirkətinin ekranın alt hissəsinə yerləşdiriləcək Face ID texnologiyası inkişaf mərhələsindədir və praktik istifadə üçün hələ uyğun deyil. İnsayder onu da əlavə edib ki, şirkət ekranın alt hissəsinə yerləşdirilə bilən Face ID texnologiyasını 2023-cü ildəki iPhone 15-də sərgiləyə bilər. Bununla belə o istisna etmir ki, sözügedən texnologiyanın iPhone-larda reallaşdırılması üçün Apple şirkətinə daha çox zaman lazım olsun. Bu halda bu cür texnologiya iPhone-lara 2024-cü ildə inteqrasiya edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər